30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin İslamabadı etibarlı müttəfiq kimi təsdiqləyir

30.03.2022

Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin üçüncü toplantısında iştirak etmək üçün Çinə səfər edən Pakistan xarici işlər naziri Şah Mahmud Qüreyşi Tunşi şəhərində çinli həmkarı Vanq Yi ilə görüşüb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Qüreyşinin sözlərinə görə, Vanq Yi ilə görüşdən sonra Çin təsdiqləyib ki, Pekin İslamabadın etibarlı müttəfiqi olub və olacaq.

Pakistanın vahid Çin siyasətini və Pekinin əsas maraqlarını dəstəklədiyini təkrarlayan Qüreyşi Pekinlə dostluğun İslamabadın xarici siyasətinin təməl daşı olduğunu vurğulayıb.