09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Nə qədər Putin Kremldədir, sülh olmayacaq - General

30.03.2022

Rusiya qüvvələrinin Kiyev vilayətindən çıxarılması o deməkdir ki, onlar başqa istiqamətə keçirilir.

Bunu ehtiyatda olan britaniyalı general, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini Ser Riçard Şirref deyib.

Şirref Rusiya rəhbərliyinin Kiyev və Çerniqov vilayətlərində deeskalasiya ilə bağlı bəyanatlarına şübhə ilə yanaşdığını bildirib.

"Bu, demək olar ki, bir çox əməliyyat bölgələrində irəliləmək cəhdinin uğursuzluğa düçar olmasının etirafıdır və çox güman ki, qüvvələrin başqa yerlərdə cəmlənməsinin xəbərçisidir. Amma mən bəzi aldadıcı manevrləri də istisna etmirəm. Nə qədər ki, Putin Kremldədir, Avropada sülh mümkün deyil”.