03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Lukoyl”un əməkdaşları GİROV götürüldü

08.09.2018

İraqın Bəsrə şəhərində etirazçılar "Lukoyl”un nəzarət etdiyi yatağa hücum ediblər.
"Dövran Media" xəbər verir ki, bu barədə "Əl Ərəbiyə” televiziyası məlumat yayıb. Etirazçılar hücum nəticəsində "Lukoyl”un iki əməkdaşını (ikisi də İraq vətəndaşıdır – red.) girov götürüblər.
"RİA Novosti” agentliyi isə hücum zamanı heç bir şəxsin xəsarət almadığını və heç kim girov götürülmədiyini bildirib.
Qeyd edək ki, Bəsrədə Qərbi Kurna-2 yatağı yerləşir. "Lukoyl” bu yatağın 56%-nə nəzarət edir.
Bəsrədə son günlər hökumət əleyhinə etirazlar güclənib. Etirazçılar bundan öncə İran Konsulluğunun binasına hücum edərək, burada yanğın törədiblər. İran insidentlə əlaqədar İraqla sərhədini bağlayıb. Etirazçılar hökumətdən təcili olaraq şəhərin içməli su və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasını istəyiblər.