03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sahibə Qafarovanın çıxışı qalmaqal yaratdı - Video

30.03.2022

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verib.

"DM" Bakupost.az-a istinadən xəbər verir ki, S.Qafarova çıxışı zamanı erməni spikerin iddialarının həqiqətə uyğun olmadığını, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Ordumuzun bölmələrinə qarşı törətdiyi təxribatlar barədə məlumat verib.

Lakin xanım spikerin çıxışı zamanı Azərbaycan Respublikası yerinə "Azərbaycan SSR" deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər onu sərt tənqid edərək, xalqdan üzr istəməyə, hətta istefaya belə çağırıblar.

Onlar S.Qafarovanın rusiyayönümlü şəxs olmasını vurğulayıblar. Müzakirələr zamanı insanlar iddia edirlər ki, parlament sədri çıxışını kağız üzərindən oxuduğu üçün bu, texniki səhv sayıla bilməz.

Milli Məclisin üzvləri isə spikerin müdafiəsinə qalxıblar.

Bununla bağlı millət vəkili Fazil Mustafa Feysbuk səhifəsində paylaşım edərək, onu tənqid edənləri qaragüruhçu adlandırıb:

"Gərgin vəziyyətdə bir neçə dəfə söz alıb erməni spikeri tutarlı arqumentlərlə susduran Azərbaycan Respublikası Milli Məclisinin xanım sədrinə dəstək vermək əvəzinə hamısı bir texniki səhvə ilişib qalıb.

Demək ki, çıxışda dəfələrlə Azərbaycan Respublikası sözü işlədilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə səhvən yer alıb, bütün qaragüruh yenə dövrəyə girib. Demək ki, bunları erməniyə verilən cavabların mahiyyəti maraqlandırmır, erməni spikerin Azərbaycanın bütün şərtləri ilə razılaşdığı etirafı heç maraqlandırmır, düşünürlər ki, necə edək ölkənin maraqlarını bu cür platformada müdafiə edənləri qaralayaq. Dünən bir ləyaqətsiz Rusiya müdafiə nazirliyinin açıqlamasına istinad edərək ordumuzu qınayırdı ki, niyə Fərruxdan geri çəkilmisiniz, bu gün də onunla eyni qafada olanlar öz yüksək səviyyəli çıxışı ilə ermənini çıxılmaz vəziyyətə salan bir Azərbaycan xanımına qarşı təhqirə keçiblər. Həmin şəraitdə bir cümlə söyləməyə qadir olmayanlar yenə də vətənpərvərlik dərsi keçirlər. Bu qaragüruhçular və qaragüruçkalar ölkəmiz üçün ən azı erməni qədər təhlükəlidir”.

Qeyd edək ki, videoda CM-dən söhbət gedərkən S.Qafarovanın "SSR" sözünü işlətməsi kəsilərək çıxarılıb.