02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müharibəyə görə Göyçayda tonlarla məhsul zay oldu - VİDEO

30.03.2022

Göyçayda 10 min tondan artıq xurma anbarlarda qalaraq zay olub.

Baku TV xəbər verir ki, fermerlər mövcud halı ixrac potensialının zəifləməsi ilə əlaqələndirir.

Təsərrüfatçıların sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı müharibə Azərbaycandan ixrac olunan xurma məhsuluna da təsir edib.

Belə ki, əldə olunan məhsulun böyük həcmi Ukrayna və Rusiya bazarlarına ixrac olunurdu. İxrac üçün nəzərdə tutulan məhsul satışa çıxarıla bilmədiyindən bir neçə müddət soyuducularda saxlanılıb. Bu da istər-istəməz məhsulun keyfiyyətini aşağı salıb və beləcə tamamən məhv olmasına səbəb olub. Mövcud vəziyyət aidiyyəti qurumları da narahat edir. Artıq həftələrdir ki, xurma istehsalı ilə məşğul olan fermerlərin saysız-hesabsız müraciətləri qeydə alınıb. Məhsulların məhv olmaması üçün alternativ bazarların tapılması istiqamətində işlər görülür.