02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniyalı nazir Azərbaycana gəldi

30.03.2022

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Heppi Azərbaycana səfərə gəlib.

"Devran Media" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bir günlük səfər çərçivəsində britaniyalı nazir Bakıda yüksək səviyyəli görüşlər keçirəcək.

Britaniyalı nazirin Prezident İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Görüşlərdə Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu il dönümündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı hazırkı vəziyyət, Ermənistanla bağlı həll edilməmiş məsələlər və sülh prosesinin gedişatı müzakirə olunacaq.

Nazir həmçinin minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edəcək.

Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Şəhidlər Xiyabanını da ziyarət edəcək.