29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail və Türkiyə Avropaya qaz kəmərinin tikintisini müzakirə edirlər

29.03.2022

İsrail və Türkiyə Cənubi Avropaya Rusiya qazının tədarükünə alternativ olaraq İsrailin "Leviafan” yatağına qaz kəmərinin tikintisini müzakirə edirlər. Marşrut və iştirakçılarla bağlı qərarlar yaxın aylarda bəlli ola bilər.

"Türkiyə-İsrail qaz kəməri Avropanın Rusiyadan enerji təchizatına alternativlərindən biri kimi pərdə arxasında müzakirə edilir, lakin istənilən razılaşmaya nail olmaq üçün mürəkkəb manevrlər tələb olunacaq”, - deyə hər iki ölkənin hökumət və sənaye rəsmiləri "Reuters” agentliyinə bildiriblər.

"Leviafan” yatağı artıq İsrail, İordaniya və Misiri qazla təmin edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara enerji sahəsində İsraillə əməkdaşlığa hazırdır.

İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli 2016-cı ildən müzakirə olunur.

Mənbə: Reuters