28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kreml Roman Abramoviçin İstanbul görüşündə iştirakına aydınlıq gətirib

29.03.2022

Kreml rusiyalı iş adamı, milyarder Roman Abramoviçin Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində keçirilən görüşündə iştirakına aydınlıq gətirib.

"DM” "RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Kiyev arasında bununla bağlı razılıq əldə olunduğunu söyləyib.

"İki tərəf arasında təması reallaşdırmaq üçün uyğun olaraq hər iki tərəfin razılığı alınmalıdır. Abramoviçin iştirakı ilə bağlı belə razılıq əldə olunub. Roman Abramoviç Rusiya və Ukrayna tərəfdən müəyyən təmasın təmin olunmasında iştirak edir və nümayəndə heyətinin rəsmi üzvü deyil. Eyni zamanda o, bu gün İstanbuldakı görüşdə bizim tərəfimizdən qatılıb”, - D. Peskov bildirib.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Türkiyənin İstanbul şəhərində görüş başlayıb.