28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AZAL Təl-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq

29.03.2022

Bu ilin may ayından "Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin paytaxtı Tel-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq.

Bu barədə  AZAL-dan bildirilib.

Hazırda sözügedən istiqamətdə aviareyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçirir.

Hazırda aviaşirkət Təl-Əvivdə keçirilən "Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisində (International Mediterranean Tourism market - IMTM 2022) iştirak edir. IMTM Şərqi Aralıq dənizində ən əhəmiyyətli və ən böyük turizm sərgisidir. Burada 60-dan çox ölkə təmsil olunur.