28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Ukraynada taktikanı dəyişdi: Kiyevə hücum etmir

29.03.2022

Rusiya ordusunun Ukraynanın şərqindəki son manevrləri Donbasın ələ keçirilməsinin onlar üçün prioritet məsələyə çevrildiyini göstərir.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Pentaqon Rusiyanın niyə prioritetləri dəyişdirmək qərarına gəldiyinə dair üç versiya irəli sürüb:

1. Şərqdəki Ukrayna qoşunlarının ölkənin qalan hissəsi ilə əlaqəsini kəsmək cəhdi;

2. Gələcək sülh danışıqları üçün vasitə əldə etmək;

3. Strateji məqsədlərində ümumi dəyişiklik.

"Ola bilsin ki, onlar artıq öz strateji məqsədlərini qiymətləndirirlər, çünki Kiyevə doğru hərəkət etmirlər. Prioritetlərin dəyişdirilməsinin arxasında nəyin dayandığına tam əmin deyilik. Görünən odur ki, Donbas üçün prioritetlər davamlı dəyişir”, - ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.