03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın buğda idxalında Rusiyanın payı kəskin azalıb

29.03.2022

Bu ilin yanvar ayında Azərbaycan xaricdən 32,475 mln. ABŞ dolları (55,208 mln. manat) dəyərində 93 704,53 ton buğda idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə buğdanın idxalı həcm ifadəsində 4 dəfə, dəyər ifadəsində isə 5,5 dəfə artıb.

Qeyd edək ki, hesabat ayında buğdanın 50,1%-i Qazaxıstandan, 49,9%-i isə Rusiyadan idxal olunub. Ötən ilin eyni ayı ilə müqayisədə Rusiyanın Azərbaycanın buğda idxalı bazırındakı payı kəskin dərəcədə – 37,1 faiz bəndi azalıb, Qazaxıstanın isə payı isə müvafiq olaraq 37 faiz bəndi artıb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ümumilikdə 331,946 mln. dollarlıq (564,308 mln. manat) 1 148 100,78 ton buğda idxal edib. Sözügedən həcmin 95,3%-i Rusiyadan gəlib.