04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski İlham Əliyevə zəng etdi

28.03.2022

Martın 28-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.

"DM" xəbər verir ki, söhbət zamanı Prezident Vladimir Zelenski dövlətimizin başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı əsnasında Prezident Vladimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.