04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbul danışıqları: Rusiya güzəştə getdi - Kortunov

28.03.2022

Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun İstanbulda keçirilməsi Kremlin taktiki güzəştidir.

"DM" xəbər verir ki, bunu Beynəlxalq məsələlər üzrə Rusiya şurasının baş direktoru Andrey Kortunov deyib.

"Bu, müəyyən mənada Ukrayna tərəfinə güzəştdir, çünki Belarus ərazisi Rusiyaya danışıqlar aparmaq üçün daha rahat yer idi. İstanbul isə əksinə, Ukrayna tərəfi üçün daha əlverişli yerdir, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ildən ardıcıl olaraq Ukraynaya dəstək verir. Türkiyə NATO-nun üzvüdür, digər regional problemlərlə bağlı Rusiyanın mövqeyi ilə üst-üstə düşməyən öz mövqeyi var. Ümumiyyətlə, bu danışıqları Ukrayna ərazisində aparılırmış kimi xarakterizə etmək olar”, - Kortunov bildirb.