Ruslar oğurladıqları merləri öldürüb - Zelenski 
    
                          
     
                         28.03.2022
 
    
                        					Rusiyalı işğalçılar oğurladıqları merlərin bəzilərini öldürüb.
"DM" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Şəhərlərimizin merlərini oğurlayırlar, bəzilərini öldürüblər. Bəzilərini də tapa bilmirik”, - Zelenski bildirib.
Onun sözlərinə görə, işğalçılar bəzi şəhərlərin merlərini dəyişib.
Qeyd edək ki, bundan öncə Ukrayna 14 şəhərin merlərinin oğurlandığını bildirmişdi.