30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfər Mehdiyev iki rayonun sakinləri ilə görüşəçək

28.03.2022

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev martın 30-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (Xırdalan şəhəri, Qalubiyyə küç.) Abşeron və Zəngi­lan ra­yonla­rın­dan olan vətəndaşları qəbul edəcək.

"DM" xəbər verir ki, qəbul zamanı Abşeron və Zəngilan rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaq­la (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Belə ki, qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı pey­vəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.