30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mariupolun son durumu – FOTO

28.03.2022

Sosial şəbəkələrdə Ukraynanın ən böyük şəhərlərindən olan və qızğın döyüşlərin getdiyi Mariupoldan son görüntülər yayılıb. Kadrlarda yanmış və yaşamaq üçün tamamilə yararsız hala gəlmiş binalar əks olunub.

Qeyd edək ki, bundan əvvəl Mariupol Şəhər Şurası özünün "Telegram” kanalında şəhərin vəziyyəti barədə fotolar paylaşmışdı. Bildirilirdi ki, Mariupolda hazırda yüzlərlə ölən və minlərlə yaralı var, lakin şəhər rus işğalçılarına təslim olmur.

"Doğma Mariupol bu gün belə görünür. Rusiyalı faşistlərin ona nə etdiyinə baxın…Yaralı və gücdən düşmüş şəhər…”, - deyə kanal paylaşdığı fotolara şərh yazıb.

Şəhər şurası həmçinin Mariupol sakinlərinin bir-birlərinə dəstək olduğunu bildirib:

"Yad insanlar bir-birlərinə kömək edir, dəstək olurlar. 400 min qəhrəman həyat uğrunda mübarizə aparır. Şəhər möhkəm dayanır, işğalçılara təslim olmur. Onlar Mariupolu az qala məhv ediblər. Amma heç vaxt bizim xəyalımızı məhv edə bilməyəcəklər”, - deyə kanalda əlavə edilib.








Mənbə: Seqodnya