09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda ilk dəfə - Nəsimi Festivalı

07.09.2018

Sentyabrın 27-dən 30-dək Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək. 
Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilən, şeir və incəsənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır. Bakı şəhərində və dahi şairin dünyaya göz açdığı Şamaxıda maraqlı tədbirlərlə yadda qalacaq festival günlərində dünyaşöhrətli alimlərin, filosoflarin, sənət adamlarının və məşhurların iştirakı da gözlənilir. Xatırladaq ki, layihənin ideya rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.