03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya gəmisi Qara dənizdə qəzaya uğradı

28.03.2022

Qara dənizdə Rusiya bayrağı altında üzən "Omskiy 205” quru yük gəmisinin bir böyürü deşilib.

Fəlakət barədə sahil xidmətinə məlumat verən gəminin göyərtəsində 12 dənizçi var.

Yüklə dolu gəmi Türkiyədən Rostov-Dona istiqamət alıbmış.

Zədə almış gəmiyə əvvəlcə Rusiya sərhəd kateri, sonra isə "Rosmorreçflot”un "Spasatel Demidov” gəmisi yan alaraq yedəyə alıb və Kerç vilayətindəki limana aparıb. Gəmidən daim suyun boşaldılması prosesi davam edir. Dənizçilərin sağ qalması üçün tədbirlər görülür.

"Omskiy 205” gəmisi 1993-cü ildə Krasnoyarsk dokunda tikilib, Sankt-Peterburq limanında qeydiyyatdadır.

Mənbə: RİA Novosti