03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Baş Qərargahından son vəziyyətlə bağlı AÇIQLAMA

28.03.2022

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı cəbhədə son vəziyyətlə bağlı növbəti hesabatını yayımlayıb.

Hesabatda qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığındakı Topolskoye, Kamenka və Suxaya Kamenka yaşayış məntəqələri yaxınlığında müdafiəni həyata keçirir (Burada Rusiya ordusu Ukrayna qoşunlarını mühasirəyə almaq üçün Donbas ərazisinə keçməyə çalışır - red.).

Kiyevin müdafiə qüvvələrinin əsas yollara və yaşayış məntəqələrinə nəzarəti ələ keçirmək üçün şimal-qərbdən və şərqdən müdafiəni yarıb keçməyə çalışan düşmənlə mübarizə apardığı bildirilir.

Həmçinin bəyan edilir ki, Donetsk və Luqansk istiqamətlərində Ukrayna əsgərləri bir gündə beş hücumu dəf edərək, düşmənin iki tankını, bir piyada döyüş maşınını və bir avtomobilini məhv ediblər. Bundan əlavə, Rusiya ordusunun canlı itki verdiyi vurğulanır.

Baş Qərargahdan bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri ötən gün ərzində Rusiyaya məxsus 4 təyyarə, bir helikopter, iki PUA və iki qanadlı raketi məhv edib.