03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ekspert: Ordumuz yumşaq güc tətbiq etməlidir

26.03.2022

Qarabağda baş verən hadisələr onu göstərir ki, Ermənistan və ölkəmizin ərazisində müvəqqəti yerləşdirilən rus sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir. Ona görə Azərbaycan Silahlı Qüvvələri hüquqi baxımdan ölkəmizin ərazisi olan sözügedən torpaqları nəzarətə götürməyə başlayıb.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.

"Əgər Ermənistan tərəfi və rus sülhməramlıları 10 noyabr bəyanatında təsbit olunan müddəaları həyata keçirməsə, ərazimizdən silahlı separatçılar çıxarılmasa, o zaman onlar qarşılarında bunu ən qısa zamanda və keyfiyyətli şəkildə gerçəkləşdirəcək Azərbaycan Ordusunu görəcəklər. Yeganə çıxış yolu hər iki tərəfin bəyanatdakı bütün öhdəlikləri tam həcmdə və göstərilən müddətdə yerinə yetirməsidir. Hər hansı bir başqa variant artıq keçərli deyil. Bəyanatın imzalanmasından bu yana keçən son on altı ayda sülhməramlılar və Ermənistan öz vəzifəsini yerinə yetirmədiyi üçün Azərbaycan Silahlı Qüvvələri yumşaq güc tətbiq etmək yolu ilə beynəlxalq aləm tərəfindən tanınmış ərazimizdə suverenliyimizi bərpa etməlidir ki, silahlı separatçı tör-töküntüləri ərazimizdən çıxsın”, - ekspert deyib.