03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səudiyyə Ərəbistanı BMT TŞ-nin təcili iclasını tələb edib

26.03.2022

Səudiyyə Ərəbistanı Yəmənin "Ənsər Allah” qiyamçı hərəkatının (husilər) krallığa hücumlarına görə BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

Bu barədə "Al Arabiya” telekanalı məlumatı yayıb.

"Səudiyyə Ərəbistanının missiyası TŞ-yə məktubunda qeyd edib ki, husilər hücumları İranın dəstəyi ilə gerçəkləşdirirlər. Bildirilib ki, krallıq öz ərazilərinin müdafiəsi üçün bütün tədbirlərin görülməsi hüququndan istifadə edəcək və qiyamçıların terror aktlarının qınanması üçün Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyir”, - telekanalın məlumatında deyilir.

Martın 25-də husilər Səudiyyə Ərəbistanının ərazisinə minalı PUA-lar və ballistik raketlərlə zərbələr endiriblər. Cümə günü ərzində onlar iyirmiyədək hücum gerçəkləşdiriblər. Cizan əyalətindəki paylayıcı stansiya və sutəmizləmə zavodu, eləcə də Ciddədəki "Saudi Aramco” şirkətinin obyektləri ciddi ziyan görüb. Məlumata görə, bir neçə neft anbarı yanıb, xəsarət alan olmasa da, yanğını söndürmək hələ də mümkün olmayıb.

Krallığın Enerji Nazirliyi dünya bazarlarına enerjidaşıyıcılarının tədarükündə yaranacaq fasilələrə görə məsuliyyət daşımadığını bəyan edib.