06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: Rusiya planlarını dəyişib, Kiyevi tutmayacaq

26.03.2022

ABŞ hesab edir ki, Rusiya hücum əməliyyatı uğursuz olduğu üçün qüvvələrini Kiyevin deyil, Ukraynanın şərqinin ələ keçirilməsi üçün səfərbər edəcək.

Bu barədə "Reuters” Pentaqondakı yüksəkvəzifəli nümayəndəyə istinadən yazır.

Agentliyin məlumatına görə, Rusiya qüvvələri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ilə danışıqlarda təsir rıçaqı əldə etmək üçün Donbası və bölgəni müdafiə edən ukraynalı hərbçiləri təcrid etməyə çalışacaq.

Cümə günü RF bəyan edib ki, "xüsusi əməliyyat”ın birinci fazası, demək olar ki, başa çatıb və diqqətini Donbasın "tam azad olunması”na yönəldəcək.

"Onlar buna böyük əhəmiyyət verirlər və bu barədə əlimizdə olan məlumat onlarda olan informasiya ilə üst-üstə düşür”, - Pentaqon rəsmisi deyib.

O əlavə edib ki, ABŞ Rusiya qüvvələrinin Donbasda daha aqressiv olduğunu müşahidə edir: "Sözsüz ki, bu, onlar üçün prioritetdir”.

Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyinə çəkiliblər, Ukrayna ordusu isə Çerniqov istiqamətində irəliləyir.