06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Şoyqunu lağa qoydu

26.03.2022

Rusiya müdafiə naziri Sergey Şoyqu ola bilsin ki, ordumuzun hər gün düşmənin canlı qüvvəsini və texnikasını məhv etdiyi Çernobayevkadadır.

"DM" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya müdafiə naziri Sergey Şoyqunun "yoxa çıxmasına” münasibət bildirərkən deyib.

"Deyirlər ki, Rusiya müdafiə naziri harasa yoxa çıxıb. Maraqlıdır, bəlkə o, Çernobayevkaya şəxsən özü gəlmək istəyib?” – Zelenski bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür KİV-də Rusiya müdafiə naziri Sergey Şoyqunun 11 martdan efirlərdə görünmədiyi, səhhətində problemlərin olması ilə bağlı məlumatlar tirajlanır.

Şoyqunun isə iki gün öncə Putinin sədrlik etdiyi Təhlükəsizlik Şurasının operativ iclasında məruzə etdiyi, həmçinin son sutkada ermənistanlı və azərbaycanlı həmkarları ilə telefonla danışdığı rəsmən bildirilib.