09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Azərbaycana GƏLİR

07.09.2018

Rusiya Prezidenti Vladimir Putin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.
"Dövran Media" xəbər verir ki, bunu "İzvestiya” qəzetinə açıqlamasında Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
"Sentyabrın sonuna yaxın Putin Azərbaycana səfər edəcək. 27-28 sentyabrda isə Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək MDB dövlət başçılarının sammitində iştirak edəcək. Oktyabrda Putinin Özbəkistana səfəri planlaşdırılıb”, – deyə o bildirib.
Uşakov ilin sonuna qədər Rusiyada Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcəyini də açıqlayıb.