25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Azərbaycanı qadağa siyahısına salmadı

25.03.2022

Türkiyə daxili bazarda qiymətlərin artması səbəbilə qırmızı ətin ixracını dayandırır.

"DM" xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Sənəddə bildirilir ki, daxili bazarda ət tədarükünün təminatı, eləcə də tələb-təklif balansının qorunması üçün iribuynuzlu heyvanların, həmçinin qoyun və keçi ətinin ixracına qadağa qoyulur.

Hökumətin bu qərarı Azərbaycana (həmçinin Naxçıvan Muxtar Respublikasına) və Şimali Kiprə şamil edilmir.

Bu ərəfədə Türkiyə Dövlət Ət və Süd Qurumu (ESK) pərakəndə satış mağazalarında ət və ət məhsullarının qiymətinin artdığını açıqlayıb. Məlumata görə, qırmızı ət və ət məhsullarının qiyməti orta hesabla 47-48%, quş əti və ət məhsullarının qiyməti isə 14-15% artıb.