25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Rusiyanın daha bir generalı Ukraynada öldürüldü

25.03.2022

Ukrayna ordusu ötən gün Xerson vilayətinin Çernobayevka qəsəbəsində Rusiyanın Cənub Hərb Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Ryazantsevi öldürüb.

"DM" xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç gündəlik keçirilən brifinqində bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu, Ukraynada son 1 ayda öldürülən 7-ci rusiyalı generaldır. Bununla belə, Rusiya indiyədək yalnız 41-ci ordu komandanının müavini general-mayor Andrey Suxovetskinin və Qara Dəniz Donanmasının rəis müavini, birinci dərəcəli kapitan (polkovnikə bərabər) Andrey Palinin ölümünü təsdiqləyib.