03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan həftə sonu Putinlə danışıqlar aparmağı planlaşdırır

25.03.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırır.

Türkiyə lideri bu barədə Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Ola bilsin ki, həftənin sonunda və ya növbətinin əvvəlində Putinlə yenidən danışıqlar aparım. Bu danışıqlarda biz NATO sammitinin  nəticələrini müzakirə edib dəyərləndirməliyik”, - deyə o bildirib.

Dövlət başçısı həmçinin Rusiyanın təbii qaz tədarükü üçün rublla ödənişlərə keçməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Ankara hələ adi vaxtlarda Moskvaya ticarətdə milli valyutalara keçməyi təklif edib.

"Biz adi vaxtlarda artıq Rusiyaya bunu  təklif etmişdik. Biz dedik: Gəlin bunu öz milli valyutamızla - rubl və türk lirəsi ilə edək”, - deyə Türkiyə lideri bildirib.