06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT rəsmisi Şuşadan mesaj verdi

18.03.2022

"BMT təsisatları Azərbaycanın azad olunmuş torpaqlarında minalardan təmizləmə və bərpa işlərinə kömək göstərəcək”.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şuşada Azərbaycanın bu təşkilatla tərəfdaşlığının 30 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.

"1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olundu və ötən dövr ərzində əməkdaşlığımızı gücləndirmək üçün çalışmışıq. Bakıdakı ofisimiz yeni açılanda münaqişə nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərə kömək edirdik”, - o deyib.

BMT rəsmisi 2021-ci il martın 1-də təşkilatla Azərbaycan arasında qarşıdakı 5 il ərzində əməkdaşlığın başlıca istiqamətlərinə dair çərçivə sazişi imzalandığını xatırladıb: "Bunlar arasında gender bərabərliyi, ətraf mühitin mühafizəsi, inklüziv inkişaf məsələləri də var. Hazırda bu istiqamətdə səylə çalışırıq”.

V.Andreyeva Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətini, o cümlədən təşkilat çərçivəsində pandemiyaya qarşı görülən tədbirlərə töhfəsini yüksək dəyərləndirib.