06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“OBA” Novruz bayramı münasibətilə ay sonunadək endirimlər təklif edir!

18.03.2022

Bayram günlərində müştərilərini xüsusi diqqətdə saxlayan "OBA” marketlər şəbəkəsi "Novruzda cibə qənaət” adlanan kampaniya çərçivəsində Novruz bayramı münasibətilə mart ayının sonunadək yüzlərlə tələbat məhsuluna endirimlər təklif edir.

6 ildir ki, alıcıları üçün müxtəlif endirim kampaniyaları keçirən marketlər şəbəkəsi bayram ərəfəsində də onları sevindirməyə davam edir. Müştərilərinə bayram ovqatı yaşatmaq üçün çalışan "OBA” onları 18-31 mart tarixlərində davam edəcək sərfəli endirimlərdən yararlanmağa çağırır. Təmizlik, qida, meyvə-tərəvəz və müxtəlif kateqoriyalarda yüzlərlə məhsula olan bayram endirimləri bütün "OBA” marketlərində keçərlidir.

Hər gün böyüməyə və inkişaf etməyə davam edən  "OBA” marketlər şəbəkəsi xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə bol ruzi-bərəkət, firavanlıq və sevinc dolu günlər arzulayır.

Bayram alış-verişinizi "OBA”dan edin, cibiniz dolu olsun!

Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 1050-dən çox marketi və 5500-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!