06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək

18.03.2022

Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Qurultay keçiriləcək məkanın quraşdırılması, səhnəsinin tərtibatı, səs avadanlıqları və digər texniki avadanlıqlarla təchizatı və qurultayla bağlı baner və rollapların hazırlanması işlərinin görülməsi üçün təkliflər sorğusu elan edilib.

"DM” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 8-i, saat 10:00-dək təqdim edə bilərlər.

Xatırladaq ki, 2002-ci il iyulun 5-də Azərbaycan Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının IV Qurultayı Bakıda 2016-cı il iyunun 3-4-də keçirilib.