04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avstraliya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

18.03.2022

Avstraliya hökuməti Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda daha 11 Rusiya bankına və dövlət qurumlarına qarşı sanksiyalar tətbiq edib.

"Bu gün sanksiyalar siyahısına Rusiyanın Milli Sərvət Fondu, Rusiya Federasiyasının Maliyyə Nazirliyi daxildir. Rusiya Mərkəzi Bankının bu yaxınlarda siyahısını nəzərə alsaq, Avstraliyanın sanksiyaları indi suveren borcların verilməsinə və ya idarə edilməsinə cavabdeh olan bütün Rusiya dövlət qurumlarına təsir edir”, - deyə Avstraliya xarici işlər naziri Maris Payne açıqlamasında bildirib.

Avstraliya hökuməti Rusiyanın "Sberbank”, "Qazprombank”, VEB, VTB, "Rosselxozbank”, "Sovkombank”, "Novikombank”, "Alfa-Bank”, "Moskovskiy kreditnıy bank” kimi banklara qarşı sanksiyalar tətbiq edib. Payne bildirib ki, bu banklar Rusiyanın bütün bank aktivlərinin 80 %-ni təşkil edir.

Bundan əlavə, Avstraliya Rusiya prezidentinə yaxın rus oliqarxlarının siyahısını genişləndirib və milyarderlər Oleq Deripaskanı, Viktor Vekselberqi əvvəlki siyahıya əlavə edib.

Mənbə: RİA Novosti