04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çanaqqala zəfərinin ildönümü: Ərdoğan açılış edəcək

18.03.2022

Bu gün Çanaqqala zəfərinin 107-ci ildönümüdür.

"DM" xəbər verir ki, zəfərin ildönümü rəsmi mərasimlərlə qeyd olunacaq.

İlk mərasim Çanaqqala Cümhuriyyət Meydanındakı Atatürk abidəsində baş tutacaq. TBMM tərəfindən 1994-cü ildə Çanaqqalaya verilən və üzərində "Çanaqqala keçilməz” yazısı olan qızıl medal Türkiyə bayrağına birləşdiriləcək.

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus "TGG Kınalıada” korvetindən 21 ədəd yaylım atəşi açılacaq.

Gelibolu yarımadasındakı Şəhidlər abidəsindəki mərasim Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Atatürk abidəsinə çələng qoyması ilə başlayacaq.

Türkiyə vaxtı ilə saat 16:00-da isə Ərdoğan Çanaqqala körpüsünün açılışını həyata keçirəcək.