03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

3 rayona yeni prokuror TƏYİN EDİLDİ

18.03.2022

Baş Prokurorluqda kadr islahatı olub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru, İlkin Mustafayev Ucar rayon prokuroru və İlqar Səadətov Laçın rayon prokuroru təyin edilib.

K.Əliyevin digər əmri ilə Asim Yusifov Baş prokurorluğun Dövlət Təhlükəsizliyi, Fövqəladə Hallar və Sərhəd Xidməti Orqanlarının İstintaq, Tədqiqat Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəis müavini təyin edilib. 

O, bundan əvvəl Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.