Ağcabədiyə yeni prokuror təyin edildi 
    
                          
     
                         18.03.2022
 
    
                        Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.
Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.