03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

17.03.2022

Ölkəmizə səfər edən Türkiyə Respublikasının Milli Mina Fəaliyyət Mərkəzinin (MAFAM) rəhbəri general Mehmet Zeki Erenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüşüb.

ANAMA-dan verilən məlumata görə, görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq üzrə danışıqlar aparılıb və hər iki qurum tərəfindən "Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” proqramı çərçivəsində icra edilən fəaliyyətlə bağlı təcrübə mübadiləsinin aparılması müzakirə edilib.

Həmçinin qeyri-texniki tədqiqat təliminin keçirilməsi, İnformasiyanın İdarə edilməsi (IMSMA) və Coğrafi İnformasiya Sistemlərinin (CİS) istifadəsinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

MAFAM rəhbəri Azərbaycanda həyata keçirilən genişmiqyaslı minatəmizləmə əməliyyatlarının Agentlik tərəfindən əlaqələndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə ilə humanitar minatəmizləmə fəaliyyətləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yaxın zamanda ANAMA və MAFAM arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.