Bakıda bina qara rəngə boyanıb 
    
                          
     
                         17.03.2022
 
    
                        Bakı şəhərində bina qara rəngə boyanıb. 
Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. 
Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən yaşayış binasının bu rəngdə boyanma səbəbi məlum deyil. 
Binanın fəsadının bu cür boyanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 
Bəzi istifadəçilər bildirib ki, binanın fasadı tez-tez çirklənməsin deyə, qara boya ilə rənglənib.