03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda kişi hansı hallarda arvadını boşaya bilməz?

17.03.2022

"Ər və arvad nəhayət boşanmaq qərarına gəlsələr, şəraitdən asılı olaraq birinci addım mediasiya, ikincisi rayon qeydiyyat şöbəsinə (VVAQ), yaxud məhkəməyə müraciətdir”.

Bu barədə hüquqşünas Kəmalə Rəhimova  boşanma prosesinin necə getdiyi, Azərbaycanda nikah müqaviləsi və digər nüanslar barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ümumi övladlar və ya əmlak varsa, o zaman yalnız məhkəməyə müraciət etməklə boşanmaq olar.

Vəkil mediasiya haqqında ətraflı məlumat verərək, psixoloqla mediator arasında əlaqə barədə də danışıb.

"Mediator - qanun əsasında mediasiya prosesinin aparılması üçün mübahisə tərəflərinin cəlb etdiyi (barışdırmağa cəhd edən) şəxsdir. Mediatorun əsas məqsədi tərəfləri barışdırmaq və münaqişəni həll etməkdir. Boşanma halında mediasiya mərhələsindən keçməmək mümkün deyil. Məhkəmə mediasiya mərhələsindən keçmədən boşanma ərizəsini sadəcə qəbul etməyəcək”, - deyə o izah edib.

Müsahibin sözlərinə görə, mediator psixoloqa müraciət etməyi tövsiyə edə bilər, lakin məcbur edə bilməz. Bununla belə o, psixoloqla əlaqə saxlamağın, digər məsələlərlə yanaşı, tərəfləri barışdırmaq üçün vacib bir addım olduğunu, VVAQ-ın da bunu təklif etdiyini vurğulayıb.

Hüquqşünas kişilərin (ərlərin) müvafiq ərizə vermək hüququnun məhdud olduğu vəziyyətə də toxunub.

"Əgər arvadı hamilədirsə və ya uşaq hələ bir yaşına çatmayıbsa, ər boşanma üçün ərizə verə bilməz”, - deyə K.Rəhimova izah edib.