Gözəllik dünyanı xilas edəcək: Yeni “Miss World” seçildi - FOTO  
    
                          
     
                         17.03.2022
 
    
                        "Miss World - 2021” beynəlxalq gözəllik müsabiqəsinin qalibi polşalı Karolina Belyavska olub.
Bu barədə müsabiqənin saytında məlumat verilib.
Mükafatlandırma mərasimi Puerto-Rikanın San-Xuan şəhərində baş tutub. Tacı "Dünya gözəli - 2019” titulunun sahibi yamaykalı Toni-Anne Sinq təqdim edib.
Müsabiqədə müxtəlif ölkələrdən, o cümlədən öz nümayəndələrini ilk dəfə "Miss World”ə göndərən iki ölkə- İraq və Somali də daxil olmaqla 97 nəfər iştirak edib. Yalnız 40 iştirakçı finala yüksəlib.