29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus ordusu Krivoy Roqu tuta bilmədi

17.03.2022

 Rus ordusu Dnepropetrovsk vilayətində kəndi "Qrad”la atəşə tutub.

Bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.

"Ötən gecə Putinin ordusu Dnepropetrovsk vilayətini "Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutublar, lakin Krivoy Roqa yaxınlaşa bilməyiblər. Krivoy Roqda vəziyyət nəzarətdə saxlanılır. Düşmənin hücumları onların daha çox itki verməsilə yenidən dəf edilib. Buna cavab olaraq, axşam rus ordusu "Qrad” vasitəsilə dinc Maryanskoe kəndinə zərbə endirib”, - o bildirib.

Vilkul qeyd edib ki, rus ordusu Kaxovka su anbarından Cənubi Krivoy Roq su anbarına suyun vurulmasını təmin edən nasos stansiyasını vurub:

"Mütəxəssislər təmir etməyə çalışırlar. Suyun verilməsində heç bir problem olmayacaq”.