17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Azərbaycanlı ifaçı qızıl medal qazandı - Berlində

06.09.2018

Azərbaycanın gənc istedadlı ifaçısı Berlində beynəlxalq müsabiqədə qızıl medal qazanıb.
Əməkdar artist, gənc istedadlı skripkaçı, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev Berlində keçirilən beynəlxalq musiqi müsabiqəsində qızıl medal qazanıb.
Münsiflər heyətində ABŞ, Fransa, Çexiya, İtaliya, Rusiya, Almaniya, Norveç və Polşadan olan dünyanın 13 məşhur musiqiçinin yer aldığı müsabiqədə dünyanın hər yerindən 18-35 yaşarası skripkaçılar iştirak ediblər.
Münsiflər heyəti nəticələri elan edərkən Elvinin gözəl musiqi duyumunu, ifa tərzindəki parlaq texnika və əsərlərin xüsusi intepretasiyasını qeyd ediblər. Onlar azərbaycanlı gənc musiqiçiyə uğurlar arzulayaraq, onun dünya karyerasına artıq hazır olduğuna əminliklərini bildiriblər.