29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus ordusu nə qədər əsgər itirib? - Pentaqon

17.03.2022

Pentaqon hesab edir ki, Ukraynadakı müharibədə ölən rus əsgərinin sayının çox olması onlarda döyüşləri davam etdirmək iradəsini darmadağın edə bilər.

"DM" xəbər verir ki, bu barədə "Nyu York Tayms” nəşri məlumat yayıb.

"Amerika kəşfiyyatının hesablamasına əsasən, müharibədə 7000 rus əsgəri ölüb. Bu, İraq və Əfqanıstandakı müharibələr zamanı 20 il ərzində öldürülən Amerika əsgərlərinin ümumi sayından çoxdur. Lakin mənbələr ölənlərlə bağlı məlumatların qeyri-dəqiq ola biləcəyini deyirlər. Ümumilikdə, Rusiyadan müharibədə 150 ​​mindən çox hərbçi iştirak edir”, - nəşr bildirib.

Qeyd olunur ki, rus ordusu çaşqınlıq içərisində olduğundan onlar Ukrayna şəhərlərinə, evlərə, xəstəxanalara və məktəblərə daha çox hücumlar edir.