29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadan milyonlar çıxaran diplomat ələ keçdi

17.03.2022

Avropa Birliyi ölkələrindən birində işləyən ukraynalı diplomat bir milyon dollara yaxın dəyəri olan valyuta, qızıl külçələr və zinət əşyalarını ölkədən çıxarmağa çalışarkən yaxalanıb.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.

"Yaqodin” keçid məntəqəsində DSX müstəntiqləri içərisində təxminən 68 min avro, 140 min ABŞ dolları, 12 kiloqramdan artıq qızıl külçələr, ümumi çəkisi 1,8 kq qızıl-zinət əşyalar olan çanta aşkarlayıb. İddialara görə, səfirlik işçisi "diplomatik çanta” adı altında yükü rəsmiləşdirməyə cəhd edib. Tapılan əmlak dövlətin xeyrinə müsadirə edilib, diplomat 26 milyon qrivna məbləğində cərimələnib.