29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərhəddə atışma: bir erməni əsgər öldü, digəri yaralandı

17.03.2022

Azərbaycanla sərhəddə yerləşən erməni hərbi postunda baş verən ölüm faktı ilə bağlı erməni sosial şəbəkələrində bəzi məlumatlar yayılıb.

"DM" xəbər verir ki, sosial şəbəkə istifadəçiləri erməni 2002-ci il təvəllüdlü əsgər Levon Siroyanın daxili mübahisənin qurbanı olduğunu iddia edib. Bildirilib ki, L.Siroyan əvvəlcə öz döyüş yoldaşına atəş açıb, daha sonra isə özünü güllələyib.

Hərbçi yoldaşının yaralandığı, özünün isə öldüyü bildirilir.

Bu məlumatın həqiqətə uyğun olmasını təsdiqləyən digər fakt isə Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasıdır. Ermənistan MN L.Siroyanın ölməsi, digər hərbçinin yaralanmasının səbəbi kimi Azərbaycan Ordusunun hücumu haqda şayiələri təkzib edib. Nazirlik qeyd edib ki, Azərbaycan Ordusunun hər hansı atəş açması və hücumu barədə iddiaların heç bir əsası yoxdur.

Ermənistan MN əsgərin ölümü ilə bağlı faktın araşdırıldığını qeyd edib.