29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda maşında sıxılı qalan sürücünün xilasedilmə görüntüləri - VİDEO

17.03.2022

Ötən sutka ərzində 31 yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma, bir intihara cəhd və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla səkkiz nəfər, o cümlədən Bakı şəhərinin Suraxanı və Nərimanov rayonlarında baş vermiş avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış dörd nəfər və Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd edən bir nəfər xilas edilib.

Qəza-xilasetmə əməliyyatından olan görüntüləri təqdim edirik: