29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bilsəydik, Rusiyanın qarşısını alardıq - Çin

17.03.2022

Çin Moskvanın planlarını bilsəydi, Rusiyanın Ukraynaya hücumunun qarşısını almağa çalışardı. Bu müharibə Çinə sərf etmir.

"Devran Media" xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Çin Qan deyib.

"İcazə verin, qeyd edim ki, Çinin bu müharibənin vaxtını bildiyi, razılaşdığı və ya üstüörtülü şəkildə dəstəklədiyi iddiaları sırf dezinformasiyadır. Bütün bu iddialar yalnız günahı Çinin üzərinə atmaq məqsədi daşıyır", - səfir bildirib.

O qeyd edib ki, Çin həm Rusiya, həm də Ukraynanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, dünyanın ən böyük xam neft və təbii qaz idxalçısıdır:

"Müharibə zamanı Ukraynada 6000-dən çox Çin vətəndaşı olub. Rusiya ilə Ukrayna arasındakı münaqişə Çin üçün yaxşı deyil. Əgər Çin yaxınlaşan böhrandan xəbərdar olsaydı, biz bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edərdik".