29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Apteklərdə bəzi dərmanlar niyə tapılmır? Video

16.03.2022

Xəzər TV-nin "Xəbər Ertəsi” verilişində "Apteklərdə bəzi dərmanlar niyə
tapılmır?” mövzusunda yayımlanmış sujeti təqdim edirik.


Son bir neçə gündür ki ,apteklərə üz tutanlar ya əliboş qayıdır,ya da başqa dərman
əvəzləyicisi almağa məcbur olur. Xüsusilə multivitaminlər,sistemlər,öskürək
dərmanları, tapılmır.
Apteklərdən bildirilir ki, ən çox dərman qıtlığı ilkin tibbi yardım üçün lazım olan
preparatlarda yaşanır. Bəzi dərmanlar isə umumiyyətlə yoxdur. Məcburiyyətdən
alıcılara alternativ vasitələr təklif olunur. Xüsusilə antibiotiklərin tapılmadığı
bildirilir.
Əczaçılar deyir ki, Rusiyadan gətirilən dərmanlarda məhdudiyyətlər yarandığı üçün
depolarda bu preparatlar azalıb.Ukraynadan və Rusiyadan gətirilən dərmanlara
tələbat isə həddindən artıqdı.Hazırda müharibə davam etdiyindən iki ölkə də
dərman ixracına mıhdudiyyətlər qoyub.
Tibb eksperti Rasif Bağırov da apteklərdə yaranan dərman qıtlığına əsas
səbəblərdən birinin məhz Rusiya ilə Ukrayna arasında gedən müharibə olduğunu
deyir.Həkim bildirir ki ,ürək damar ,mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün
olunan dərmanlar bu iki ölkədən gətirilir.Ekspertin fikrincə bəzi dərman
preperatlarının əvəzləyicisi olsa da ,keyfiyyəti o dərmanları əvəz eləmir.
Ekspert həmçinin onu da bildirir ki, tərkibi eyni olsa belə, alıcılara alternativ
preparatlar satmaq düzgün deyil. Çünki, bəzi insanlarda dərmanlara qarşı asılılıq
yaranır ki, həmin preparatlar digərləri ilə əvəz edilməməlidir.