29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda dəhşətli qəza

16.03.2022

Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub, betonqarışdıran maşın minik avtomobilinin üzərinə aşıb.

Bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

Bildirilib ki, Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın "Opel” markalı avtomobilin üzərinə aşıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı təsdiqləyib:

"Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.