06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Narışkin: Rusiyanın taleyi həll olunur

16.03.2022

Hazırda Rusiyanın taleyi həll olunur. Rusiya suverenliyinin təmin edilməsi məsələlərində heç vaxt geri çəkilməyəcək.

Bu barədə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin deyib.

"Ölkəmiz indi həqiqətən tarixi an yaşayır. Rusiyanın taleyi, onun dünyada gələcək yeri həll olunur. Unutmaq olmaz ki, Rusiyanın inkişafının əsas amili, onun minillik tarixinin özəyi suverenlik - müstəqil, azad və şüurlu şəkildə öz müqəddəratını təyin etmək hüququ olub və qalır. Suverenlik vətəndaşlarımızın rifahının və ləyaqətinin təminatı, övladlarımızın gələcəyidir. Belə məsələlərdə Rusiya heç vaxt geri çəkilməyib və çəkilməyəcək. Çünki əks halda o, Rusiya olmaqdan çıxacaq”, - Narışkin bildirib.