06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusların Sumdakı haubitsa divizionu məhv edildi

16.03.2022

Ukraynanın "Xolodnıy Yar” 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının döyüşçüləri Sum vilayətində rusların haubitsa divizionunu məhv ediblər.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.

"Xolodnıy Yar” 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadasının döyüşçüləri düşmənin Sum vilayətinin Trostyansk şəhərindəki dəmiryol stansiyasında yerləşdirilmiş S219 Msta-S haubitsa divizionunu zərgər dəqiqliyi ilə darmadağın ediblər. Mülki infrastruktura ziyan vurmadan işğalçının texnikasını məhv etmək asan məsələ deyil. Döyüşçülərimiz isə bunu bacardılar. Nəticəni özünüz qiymətləndirin”, - məlumatda qeyd olunub.