05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

21-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

16.03.2022

Martın 16-na olan məlumata görə, Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 13 min 800-ə yaxındır.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı Rusiyanın 430 tankı, 1375 zirehli döyüş maşını və 190 artilleriya sistemi, 70 ədəd reaktiv yaylım atəş sistemi, 43 hava hücumundan müdafiə sistemi, 84 təyyarə, 108 helikopter, 819 avtomobil texnikası, 3 gəmi/qayıq, 60 yanacaq-sürtkü materialı olan sistern, həmçinin 11 əməliyyat-taktiki pilotsuz uçuş aparatı və 10 ədəd xüsusi texnikası məhv edilib.